"İZOLBETON" MMC və fəaliyyəti haqqında
"KALMATRON" hidroizolyasiya materialları sistemi Rusiya Federasiyasının Moskva İnşaat Fizikası İnstitutunun və Xabarovsk Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunun mütəxəssislərinin iştirakı ilə beton, kərpic və daş konstruksiyalarının mühafizəsi məqsədilə hazırlanıb. Birnci təcrübə sənaye istehsalı 1992-ci ildə təşkil olunub.
Bu gün "Kalmatron" materialları istehsalı üzrə müəssisələr Rusiya Federasiyasında (Sankt-Peterburq şəhəri, Novosibirsk şəhəri), Belarus Respublikasında (Minsk ş.), Gürcüstan Respublikasında (Tbilisi ş.) fəaliyyət göstərir.
Azərbaycanda fəaliyyətinə 2007-ci ildə, həmin Şirkətlər Qrupunun Gürcüstan Respublikasındakı təmsilçisi "KALMATRON-GÜRCÜSTAN"ın timsalında start verilmiş və Bakının bir-neçə metro stansiyasında (Nizami, Elmlər Akademiyası, İnşaatçılar), Respublika ərazisində bir-çox hidrotexniki qurğularda və su hövzələrində müxtəlif hidroizolyasiya işləri yerinə yetirilmişdir.
2018-ci ildən isə "Kalmatron Şirkətlər Qrupunu Azərbaycanda "İZOLBETON" MMC təmsil edir.
Hidroizolyasiya işlərinin yerinə yetirilməsi və təmiri üzrə ixtisaslaşan müəssisəmiz "Kalmatron Şirkətlər Qrupu"nun Azərbaycanda təmsilçisi (dileri) olmaqla həmin Şirkətin istehsal sırasına daxil olan çeşidli hidroizolyasiya materiallarından istifadə etməklə bir-sıra layihələrin həyata keçirilməsində uğurlara nail olmuşdur.
Bakı şəhərində mərkəzi su anbarlarının (Sulutəpə, Ceyranbatan, Yasamal, Ramanı), mərkəzi kanalizasiya kollektorunun Dənizkənarı Bulvar ərazisində, Abşeron rayonunda və Bakı şəhəri ərazisində magistral su xəttlərinin 70-ə yaxın siyirtmə, təxliyyə və havaburaxıcı quyularının hidroizolyasiyası və təmiri
Taxtakörpü-Ceyranbatan Kanalının qəzalı vəziyyətdə olan beton üzlüyünün və 25-ə yaxın dükerlərin hidroizolyasiyası və təmiri
Tikinti obyektlərində (Bakı, Sumqayıt, Lənkəran şəhərləri) hidroizolyasiya işləri
Bakı şəhərində Xətai metrosu yaxınlığında "Xətai Ofis Layihəsi" hündürmərtəbəli ofis binasının zirzəmisində hidroizolyasiya işləri
Taxtakörpü-Ceyranbatan Kanalının hidrotexniki qurğularında
Avadanlıq və qurğuların beton fundamentlərinin inyeksiya işləri
Hidroizolyasiya işləri
Koroğlu və Xətai yaşayış kompleksləri layihələrində hidroizolyasiya işləri
"Laçın Forel Əmtəə Təsərrüfatı"nda hidroizolyasiya işləri
BAYIL BAY yaşayış kompleksində, Bakı Lift İdarəsinə məxsus lift şaxtalarında, bir-çox hündürmərtəbəli yaşayış binalarında, qeyri-yaşayış obyektlərində və fərdi yaşayış evlərində hidroizolyasiya işləri.
Konstruksiyasının daxilinə nüfuzedən "KALMATRON" materialları boşluqlara sızır, sementi hidratasiyaya uğradır və reaksiya nəticəsində həmin boşluqlarda polimer kristallar əmələ gəlir. Bu kristallar nəmişliyin, suyun keçməsini həm xaricdən, həm də daxildən əngəlləyərək betonun özünü "izolyator"a çevirir.
Betonun uzunömürlülüyünü artırır, turşuya, qələviyə qarşı müqavimətini yüksəldir, içməli su obyektlərində işlədilməsinə icazə verilir.
Konstruksiyalar mexaniki zədələnmədən qorxmur və radiasiyaya qarşı davamlı olur. Bu materiallar betonda "özünümüalicə" effekti doğurur.
Rusiya, Belarusiya, Macarıstan, Slovakiya, Rumıniya, Litva və s. ölkələrdə geniş tətbiq olunmuş. Tikinti obyektlərində istifadəsinə dair Moskva, Sankt-Peterburq, Budapeşt, Tbilisi, Bakı, Minsk və s. onlarla şəhərdə 30 illik təcrübə mövcuddur.